...

Mart ayında 13 mina zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2017 11:04 (UTC +04:00)
Mart ayı ərzində 1 686 047 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Mart ayında 13 mina zərərsizləşdirilib

Bakı. Trend:

Mart ayı ərzində 1 686 047 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 3,437 ədəd PHS, 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət iştirak edib. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 398 670 503 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 760 344-dür.

Mart ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Qazax, Yevlax və Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib. Mart ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti