...

İran səfiri: Erməni təxribatı vəziyyəti daha da gərginləşdirəcək (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 17:29 (UTC +04:00)
"Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinə qarşı atdığı son addımlar bizdə ciddi təəssüf doğurub".
İran səfiri: Erməni təxribatı vəziyyəti daha da gərginləşdirəcək (YENİLƏNİB)

Bakı. Trend:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinə qarşı atdığı son addımlar bizdə ciddi təəssüf doğurub".

Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

Diplomat bununla bağlı həlak olanların ailəsinə və Azərbaycan dövlətinə başsağlığı verib:

"Mülki şəxslərə qarşı hərbi addım tərəfimizdən pislənir. Beynəlxalq qayda və qanunlar humanitar hüququn pozulmasını pisləyir. Ermənilər tərəfindən atılan bu cür təhrikedici addımlar münaqişənin siyasi və sülh yolu ilə həlli prosesinə heç bir köməklik göstərməyəcək və vəziyyəti daha da gərginləşdirəcək".

Səfir 2 yaşlı Zəhranın qətlə yetirilməsini cinayət işi adlandırıb:

"Azərbaycan dövləti öz mülki vətəndaşlarına qarşı atlan qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilat və dairələr səviyyəsində araşdırmaq hüququna malikdir. Minsk qrupu atəşkəs rejiminin pozulması hallarının və müki vətəndaşlara qarşı bu hərəkətlərin qarşısını almaq üçün ciddi addımlar atmalıdır".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti