...

ABŞ Dövlət departamentinin nümayəndəsi: Münaqişə yalnız danışıqlar və ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2017 04:27 (UTC +04:00)
Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.
ABŞ Dövlət departamentinin nümayəndəsi: Münaqişə yalnız danışıqlar və ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər

Bakı. Trend:

Münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

Trend-in verdiyi məlumata görə, bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer iyulun 6-sı brifinqdə deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki kimi iyulun 4-də Dağlıq Qarabağ Münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakin, o cümlədən 2 yaşlı uşağın, həlak olmasından dərin narahatdır:

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə bizim səmimi başsağlığımızı bildirmək istərdik"

Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.

Hizer Nauer qeyd edib ki, münaqişə yalnız danışıqlar və beynəlxalq hüquq, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti