...

Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2017 14:35 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar.
Həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Cenevrə sammitinin nəticələrinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

O deyib: "Digər fromatda təmaslara gəldikdə isə, onlar da istisna edilmir, üzərində işlənilir ".

Qeyd edək ki, bu il oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında Cenenvrədə görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti