...

Atəşkəsi iriçaplı pulemyot və snayper tüfəngləri pozdu - 22 dəfə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2020 09:30 (UTC +04:00)
Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı
Atəşkəsi iriçaplı pulemyot və snayper tüfəngləri pozdu - 22 dəfə

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Sarıcalı, Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti