...

Stokholmda Ermənistanın təxribatları ilə bağlı mətbuat konfransı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2020 13:07 (UTC +04:00)
Stokholmda Ermənistanın təxribatları ilə bağlı mətbuat konfransı keçirilib

Bakı. Trend:

Stokholm şəhərində İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar mətbuat konfransı təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Clarion Hotel”də baş tutan mətbuat konfransında Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg çıxış edərək, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində baş verən təxribatlar barədə ətraflı məlumat verib. O, İsveç azərbaycanlılarının bu təxribatları şiddətlə qınadıqlarını bildirərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etdiyini, işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal çıxarılmasına dair BMT-nin 4 qətnaməsinə indiyədək məhəl qoyulmadığını xatırladıb. İAKŞ-ın bəyanatını təqdim edən natiq soydaşlarımızın dünya birliyindən və beynəlxalq qurumlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkün və qaçqın durumuna salınmış azərbaycanlıların öz doğma yurdlarına geri qaytarılması üçün qətiyyətli addımlar atılmasını tələb etdikləri vurğulanıb.

Sonra "Odlar Yurdu" Mədəniyyət Dərnəyinin sədri Sevinc Nemətova, Təsviri İncəsənət Dərnəyinin sədri Rəşadə Moen, İsveç Qarabağ Azadlıq Mərkəzinin sədri Ülviyyə Nəcəfova, "İnter Kültür" Dərnəyinin idarə heyətinin üzvü İnci Murtuzayeva, Azərbaycan İsveç Federasiyasının idarə heyətinin üzvü Teymur Eminbəyli təmsil etdikləri təşkilatların Ermənistanın işğalçı siyasətini pisləyən etiraz bəyanatlarını media mənsublarının diqqətinə çatdırıblar.

Bəyanatların mətnləri, Xocalı faciəsi haqqında ətralı məlumat, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatların bəyanatları İsveç Parlamentinə, Xarici İşlər Nazirliyinə, ölkədəki bütün siyasi partiyalara, beynəlxalq təşkilatlara, media qurumlarına, o cümlədən "Aftonbladet", "Exspressen", "Dagens Nyheter" kimi nüfuzlu qəzetlərə və SVT telekanalına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti