Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dayanıqlı danışıqlar prosesi üçün lazımi mühit yaratmaq lazımdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, tərəflərin ümumi niyyəti tənzimləmə prosesinin davam etməsi yönündədir:
“Bu baxımdan stabil, dayanıqlı danışıqlar prosesinin təmin olunması üçün lazımi mühit yaratmaq lazımdır. Danışıqlar xətrinə danışıqlar yox, Qarabağ məsələsinin dinc həllinə nail olmasına yönəlmiş danışıqlar. Öz tərəfimizdən, həm milli səviyyədə, həm də ATƏT Minsk qrupunun həmsədri qismində biz bu mühitin yaradılması üçün kömək göstərəcəyik”.