...

Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2020 14:14 (UTC +04:00)
Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib - Vaqif Dərgahlı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub.

Bunu Trend-ə Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordudan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır:

"Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti