...

Ermənistan 2 mindən çox hərbçinin öldüyünü açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2020 14:56 (UTC +04:00)
Ermənistan 2 mindən çox hərbçinin öldüyünü açıqlayıb

Bakı. Trend:

Ermənistan Dağlıq Qarabağdakı döyüşlər zamanı azı 2 317 hərbçi itirdiyini təsdiq edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatın görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, bu günədək 2 317 hərbçinin ekspertizası həyata keçirilib, onların arasında şəxsiyyəti müəyyənləşdirilməyənlər də var.

Bu rəqəmin artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək Ermənistan 1 382 hərbçinin öldüyünü elan etmişdi. Lakin Ermənistan Müdafiə Nazirliyi real vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti