...

Araz Əzimov: Ermənistan-Azərbaycan münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi danışıqlar prosesinin indiki mərhələsində müzakirə edilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2006 18:55 (UTC +04:00)

Ermənistan-Azərbaycan münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi danışıqlar prosesinin indiki mərhələsində müzakirə edilmir. Trend "ANS" telekanalına istinadən bildirir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

"Hansısa bir formulanı ön plana çəkirlər ki, mövzu ətrafında müzakirələr gərginləşsin və digər daha vacib olan məsələlər kölgədə qalsın"-deyə AR XİN başçısının müavini qeyd edib və bildirib ki, münaqişə tərəfləri hələlik region zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etmir.

Xəbər lenti

Xəbər lenti