...

Eldar İbrahimov: "Qoran Lenmarkerin Dağlıq Qarabağla bağlı hazırladığı məruzədə dəyişikliklər ediləcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2006 15:09 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin Dağlıq Qarabağla bağlı hazırladığı məruzədə dəyişikliklər ediləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov bildirib.

Qeyd edək ki, Q.Lenmarkerin Dağlıq Qarabağla bağlı hazırladığı məruzə Azərbaycan tərəfini qane etmədiyinə görə sənəd tərəflər arasında yenidən müzakirə ediləcək. Q.Lenmarkerin də Bakıya səfəri bununla əlaqədardır.

E.İbarahimov onu da bildirib ki, Q.Lenmarkerin Ermənistan səfərində millət vəkilləri ilə görüşündə nədən danışdığı barədə məlumatsızdırlar: "Onun hazırladığı məlum məruzəyə nə kimi dəyişikliklər edildiyindən xəbərimiz yoxdur. Qoran Lenmarker Bakıya gələndən sonra bu məsələ ilə maraqlanacağıq". E.İbrahimov onu da vurğulayıb ki, məruzəçi Azərbaycana ötən ilin oktyabrında gəlməli idi. Lakin noyabrda parlament seçiklərinin keçirilməsi onun səfərini təxirə saldı: "Bizə söz vermişdi ki, Azərbaycana əvvəlcə martda gələcək. Hansısa səbəbdən onun bu səfəri baş tutmadı. Sonra dedi ki, apreldə gələcək. Bu səfər də alınmadı. İndi mayda gələcəyini bildirib".

Qeyd edək ki, məruzəçi Azərbaycana mayın 5-də gələcək.

Xəbər lenti

Xəbər lenti