...

Azərbaycan XİN başçısı ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri ilə sülh danışıqlarının davam etdirilməsi məsələlərini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2006 13:19 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Moskvada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı məsələləri müzakirə edib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, görüş Azərbaycan XİN başçısının MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirakı çərçivəsində keçirilib.

İclas çərçivəsində E.Məmmədyarov ukraynalı həmkarı Boris Tarasyukla da görüşüb. Tərəflər regionda vəziyyətə, GUAM çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin inkişaf yollarını, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edib.

T.Tağızadənin sözlərinə görə, xarici işlər nazirləri 2005-ci il üçün MDB çərçivəsində çox səviyyəli XİN məsləhətləşmələri Planının yerinə yetirilməsini təhlil edib, 2006-cı ilin Planını müzakirəyə çıxarıb, o cümlədən Birlik ölkələri XİN-in hüquq xidmətləri rəhbərlərinin Məsləhət Komitəsi haqqında Əsasnaməni nəzərdən keçirib.

XİN başçıları, həmçinin, MDB hökumət başçıları Şurasının 25 may 2006-cı ildə Düşənbədə keçiriləcək iclasının gündəliyinin layihəsini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti