...

ATƏT-in Minsk Qrupu həmsədrləri Vyanada görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2006 13:17 (UTC +04:00)

ATƏT-in Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri iyunun 22-də Vyanada görüşmək niyyətindədir. Bu barədə Trend ə Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.

Görüş ATƏT Daimi Şurasının iclası çərçivəsində keçiriləcək.

Konfrans çərçivəsində ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Metyu Brayza təqdim olunacaq. O, 2004-cü ilin aprelindən bu postu tutan Stiven Mənni əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti