...

BQXK nümayəndələri Azərbaycanın Ermənistanda saxlanılan əsgərinə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2007 14:24 (UTC +04:00)

Yanvarın 24-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlı əsgərə baş çəkiblər. Bu barədə Trend ə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib.

BQXK nümayəndələri əsgərə ailəsi tərəfindən yazılmış məktub təqdim ediblər.

Qeyd edək ki, Qazaxdakı N saylı hərbi xidmət edən Samir Məmmədov dekabrın 24-də erməni hərbçiləri tərəfindən əsir götürülüb. Azərbaycanın Müdafiə Nazirliyi ilkin versiya kimi əsgərin yolu azaraq erməni hərbçilərinə tərəf keçdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti