...

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri cümə günü saat 01.30-dan 02.00-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin cənubunda yerləşən mövqelərindən, həmçinin saat 04.10-dan 05.00-dək Tərtər rayonunun işğal olunmuş Çaylı kəndinin cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən tərəf həmçinin ötən gün - cümə axşamı saat 19.45-dən 20.15-dək Tərtər rayonunun işğal olunmuş Seysulan kəndinin cənubunda yerləşən mövqelərindən , daha sonra saat 22.00-dan 22.20-dək Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.

Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti