...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam və Qazax istiqamətində atəşkəsi pozub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam və Qazax rayonları istiqamətində atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 6-sı və 7-də Ağdamın Cəvahirli kəndinin yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi, Ermənistanın İcevan rayonunun Vazaşen kəndinin 1 km şimal-qərbində yerləşən mövqelərindən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti