...

Azərbaycan prezidenti vahid məktəbli formasının tətbiq edilməsi təşəbbüsünü dəstəkləyib

Siyasət Materials 15 Sentyabr 2007 11:00 (UTC +04:00)
Azərbaycan prezidenti vahid məktəbli formasının tətbiq edilməsi təşəbbüsünü dəstəkləyib

Azərbaycan prezidenti vahid məktəbli formasının tətbiq edilməsi təşbbüsünü dəstəkləyib. Dövlət başçısı bu barədə şənbə günü Bakının Əzizbəyov rayonunda 322 saylı orta məktəbin açılış mərasimində bəyan edib.

"Vahid məktəbli formasının tətbiq edilməsi çox düzgün addımıdır" - deyə prezident bildirib.

Prezident Əliyevin fikrincə, vahid məktəbli formasının tətbiq edilməsi məktəblilərin valideynlərinin maliyyə vəziyyəti nəzərə alınmaqla onlar arasında bərabərlik yaradacaq.

Prezident bildirib ki, son dörd il ərzində dövlət büdcəsindən təhsilin inkişafına ayrılan vəsait 3,3 dəfə artıb və 900 mln. manat təşkil edib. Prezident qeyd edib ki, son dörd il ərzində ölkədə 1200 yeni məktəb tikilib və prezident bu faktı tarixi nailiyyət adlandırıb.

Hazırda Azərbaycanda 4500 məktəb fəaliyyət göstərir və 700 yeni məktəbin tikintisinə, 1000 məktəbin isə təmirinə ehtiyac var.

"Məktəblər lazımi infrastrukturla və istilik sistemi ilə təmin olunacaq ki, məktəblilər qış dövründə normal təhsil ala bilsinlər" - deyə Əliyev bildirib.

Prezidentin sözlərinə görə, 2008-2013-cü illərdə təhsil sistemi ilə əlaqədar bütün problemlər həll olunacaq. Bura məktəblərin tikintisi, təmiri, lazımi avadanlıqla təmin olunması və təhsilin yeni keyfiyyəti daxildir.

Əiyev bildirib ki, Azərbaycan MDB ölkələri arasında təhsilin inkişaf səviyyəsinə görə aparıcı yeri tutur.

Prezident əlavə edib ki, ehtiyat fondundan qəza vəziyyətində olan məktəblərin təmiri üçün 14 mln. manat vəsait ayrılıb. Əliyevin sözlərinə görə, 2008-ci ildə digər dövlət qulluqçuları ilə yanaşı müəllimlərin də əmək haqqı növbəti dəfə qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti