...

Turkmənstan prezidenti: "Biz Xəzərin hüquqi statusunun müəyyənləşməsində beynəlxalq prinsiplərə tabeyik"

Siyasət Materials 16 Oktyabr 2007 15:05 (UTC +04:00)
Turkmənstan prezidenti:  "Biz Xəzərin hüquqi statusunun müəyyənləşməsində beynəlxalq prinsiplərə tabeyik"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Türkmənistanın prezidenti Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində beynəlxalq prinsiplərə tabe olduğunu bildirib. Oktyabrın 16-da Tehranda keçirilən Xəzəryanı ölkələrin sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdı Muhəmmədov bildirib ki, Xəzərin hüquqi statusunun müəyyən olunması və problemlərin həlli istiqamətində Türkmənistan müvafiq addımları atmağa hazırdır və ölkənin xarici siyasətində heç bir qarşıdurma prinsipi yoxdur, ancaq, sammitdə Türkmənistanın mənafeyinin qorunmasını tələb edirik. "Eyni zamanda, neft kəşfiyyatının mübahisəli bölgələrdə həyata keçirilməsi bizim üçün qəbul- olunmazdır" -deyən Muhəmmədov bildirib ki, bu istiqamətdə atılan addımların uğur qazanması üçün Xərəryanı 5 ölkənin hamısının çevik olması və yumşaq davranması lazımdır.

Xəbər lenti

Xəbər lenti