...

Azərbaycan prezidenti Tehrandan Naxçıvana gəlib

Siyasət Materials 16 Oktyabr 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend , müxbir Y.Əliyev/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı axşam ikigünlük səfərlə Naxçıvan Muxtar Respublikasına (NMR) gəlib. Dövlət başçısı oktyabrın 17-də bir sıra sosial obyektlərin açılış mərasimində iştirak edəcək, NMR Ali Məclisində iclas keçirəcək.

Prezident Əliyev Naxçıvana İranda keçirilən Xəzəryanı dövlətlərin sammitində iştirakından sonra səfər edib.

Tehranda olduğu müddətdə Əliyev iranlı həmkarı Mahmud Əhmədinejadla danışıqlar aparıb, həmçinin digər Xəzərsahili ölkələrin liderləri ilə fikir mübadiləsi edib.

Xəbər lenti

Xəbər lenti