...

Böyük Britaniya Ermənistandan "korrupsiyaya qərq olmuş" su təchizatı sisteminin bərpası layihəsi ilə bağlı təcili tədbirlər görməyi tələb edir

Siyasət Materials 17 Oktyabr 2007 15:41 (UTC +04:00)
Böyük Britaniya Ermənistandan "korrupsiyaya qərq olmuş" su təchizatı sisteminin bərpası layihəsi ilə bağlı təcili tədbirlər görməyi tələb edir

Böyük Britaniya Ermənisitanın su təchizatı sisteminin bərpası layihəsinə ayrılmış 35 mln. dolların (17mln. funt sterlinq) israf edilməsi barədə Dünya Bankının yaydığı məlumatın araşdırılmasını tələb edir. Bu barədə Britaniyanın "The Observer" qəzetinin verdiyi məlumatda bildirilir.

Britaniyalı tənqidçi Bryus Taskeri bildirir ki, o, İrəvanın su təchizatı sisteminin bərpası layihəsinin həyata keçirilməsi prosesində yol verilən saxtakarlıqlarla bağlı Dünya Bankına dəlillər təqdim edib, lakin bank hələ genişmiqyaslı araşdırmalara başlaymayıb.

Dünya Bankı yeni rəhbəri Robert Zoelliklə birlikdə, Pol Uolfouitzin bu il baş tutan təhqiredici istefasından sonra "hər şeyi yenidən başlamaq" arzusundadır. Uolfouitz bankda fəaliyyətini korrupsiyaya qarşı mübarizə ilə başlamaq vədi versə də, öz postunu rəfiqəsi Şax Rizin məvacibininin qaldırılması üzündən baş verən qalmaqaldan sonra tərk etməli olub. Zoellik ən zəngin ölkələri əmin edib ki, vergi ödəyicilərinin, pulu lazımi şəkildə xərcləməsi onun işinin əsas hissəsini təşkil edir, lakin "Erməni qalmaqalı", görünür ki, hələ də "kəşf olunmamış aysberqlər"dən biridir və İNT (Bank's Institutional Integrity Departament) tərəfindən təcili tədbirlərin görülməsini tələb edir.

Taskerin bəyanatını təsdiq edən "Government Accountability Project" (Gap) təşkilatına cavab məktubunda İNT bu faktı adi hal kimi qiymətləndirib, belə halın orta səviyyəli prioritetə malik olduğunu qeyd edib və məsələnin baxılmasını uzun müddətə təxirə salıb.

Britaniyanın Ermənistandakı səfiri Dünya Bankına məktubla müraciət edərək, bu işlə bağlı geniş araşdırılmalara başlanmasını tələb edib.

"Biz çıxılmaz vəziyyətə düşmüşük. Biz geniş əsaslandırılmış məlumata malikik. Bu məlumat bir sıra yüksək vəzifəli dövlət xadimlərinin fəaliyyətinə, iri həcmdə pul vəsaitlərinə və göstərilən xidmətlər məsələsinə toxunur. Onlar daha nə istəyirlər? Onlar, sadəcə olaraq, bizə kömək etmək istəmirlər" - deyə "GAP"ın direktoru Bea Edvards bildirib.

Edvards, həmçinin, bəyan edib ki, "erməni qalmaqalı" mühümdür, çünki bu qalmaqal Dünya Bankının, xüsusilə keçmiş sovet məkanında layihələrin həyata keçirilməsi zamanı istifadə olunan metodlarla bağlı potensial problemləri aşkara çıxara bilər.

"Erməni saxtakarlığı"nı araşdıran Taskeri təsdiq edir ki, layihənin ilkin detallarının araşdırılması zamanı əməlli -başlı, açıq-aşkar korrupsiya əlamətləri aşkar olunub. Faktlar təsdiq edir ki, burada bir neçə min dolların deyil, on milyonlarlda dolların mənimsənilməsindən söhbət gedir.

Layihəqnin ilkin mərhələdə məqsədi İrəvanın su təchizatı sisteminin bərpası və yerli əhalinin su təminatı sisteminin təkmilləşdirilməsi olub. Lakin Taskerin sözlərinə görə, işlərin başlanğıc mərhələsində layihənin məqsədi su sayğaclarının quraşdırılması olub.

Tasker, həmçinin, qeyd edib ki, podratçılar, bir sayğacların quraşdırılması müqabilində, abunəçilərddən 10 dollar alıblar. Parlament komissiyasına sayğacların quraşdırılması ilə bağlı statistik məlumat təqdim olunub, məlumatda hər bir abunəçiyə 1,5 ədəd sayğacın düşdüyü göstərilir.

Bankın "erməni qalmaqalı"nı araşdırmaq "istəməməsi" Federal Rezervin sədri Pol Volkerin başçılıq etdiyi araşdırma qrupunun irəli sürdüyü ittihamlarını bir daha təsdiq edir. Araşdırma qrupu İNT-nin araşdırma metodlarında ciddi səhvlər aşkar edib. İNT Uolfouitzin təyin etdiyi Suzanna Folz tərəfindən idarə olunur. Volkerin komandası İNT-nin müəyyən uğurlar qazandığını bildirib, lakin qeyd edib ki, "ciddi istismar qüsurları" və digər banklarla münasibətdə gərginlik müəyyən olunub. Məlumatda, həmçinin, bildirilir ki, İNT-nin işi bəzən əks- təsirə malik olub, həm əmanətçilərlə, həm də borc götürənlərlə münasibətlərin korlanmasına gətirib çaxarıb.

Uolfouitizin tənqidçiləri onu ABŞ-ın geosiyasi marağa malik olduğu ölkələrdə korrupsiya ilə daha çox mübarizə aparmaqda, eyni zamanda, dünyanın ABŞ-la dost münasibətdə olan regionlarında mövcud olan problemlərə əhəmiyyət verməməkdə ittiham edib.

"Bretton Woods" layihə qrupunun nümayəndəsinin sözlərinə görə, bu və ya digəp korrupsiya hallarının araşdırılması ilə bağlı olan qərarlar üstünlük siyasəti olaraq qalır. "Bu hal göstərir ki, Dünya Bankının yüksək vəzifəli şəxsləri korrupsiya probleminə kifayət qədər ciddi yanaşmayıblar" - deyə Pauell qeyd edib.

Dünya Bankının mətbuat katibi "The Observer" qəzetinə "erməni qalmaqalı" ilə bağlı fikitr bildirməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti