...

Azərbaycan parlamenti Əfqanıstandakı sülhməramlı qüvvələrinin sayının artırılmasına razılıq verib

Siyasət Materials 19 Oktyabr 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti Azərbaycanın Əfqanıtandakı sülhməramlı qüvvələrinin sayının artırılmasına razılıq verib. Bu barədə Milli Məclisin cümə günü keçirilən iclasında qərar qəbul olunub.

Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komisiyasının sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycan parlamenti 2002-ci il noyabrın 15-də Azərbaycanın sülhməramlı taqımının Türkiyə Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyatlarda iştirakına razılıq verib. Onun sözlərinə görə, NATO rəhbərliyi Azərbaycanın Əfqanıstandakı sülhməramlı hərbçilərin sayının artırılması ilə bağlı, rəsmi Bakıya müraciət edib. Bunu nəzərə alaraq, prezident İlham Əliyev Azərbaycanın Əfqanıstandakı sülhməramlı hərbçilərin sayının iki dəfə artırılmasını nəzərdə tutan qanun layihəsini Milli Məclisə göndərib. Əsgərov vurğulayıb ki, hazırda Azərbaycanın 22 hərbçisi Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Azərbaycanlı hərbçilərə mülki obyektlərin mühafizəsi tapşırılıb. Qanun qəbul edildikdən sonra, Əfqanıstandakı azərbacanlı hərbçilərin sayı 44-45 nəfər olacaq və onlar yenə də Türkiyə taborunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında fəaliyyət göstərəcəklər.

Parlament qanunu yekdilliklə qəbul edib.

Xəbər lenti

Xəbər lenti