...

Baş prokurorun müavini: "Korrupsiya halları ilə bağlı 50-yə qədər işin istintaqı məhkəmələrə təqdim olunub"

Siyasət Materials 20 Oktyabr 2007 13:39 (UTC +04:00)
Baş prokurorun müavini: "Korrupsiya halları ilə bağlı 50-yə qədər işin istintaqı məhkəmələrə təqdim olunub"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Korrupsiya halları ilə bağlı 50-yə qədər işin istintaqı yekunlaşdırılaraq, məhkəmələrə təqdim olunub, şənbə günü Trend ə açıqlamasında baş prokurorun müavini Rüstəm Usubov bildirib. Onun sözlərinə görə, bu cinayət işlərində vəzifəli şəxslərin rüşvət alma, vəzifələrindən sui-istifadə halları da var.

Azərbaycanın baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Bu idarədə korrupsiya ilə bağlı ağır cinayətlərin istintaqı aparılır.

Usubov bildirib ki, aparılan cinayətlər üzrə istintaq işlərində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Baş prokurorun müavini bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dövlət və qeyri-dövlət qurumlarında korrupsiya hallarının qarşısını almaq üçün əməliyyat-istintaq işlərini daha da gücləndirib.

Xəbər lenti

Xəbər lenti