...

Qəbələdə külli miqdarda narkotik maddə aşkarlanıb

Siyasət Materials 26 Oktyabr 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Qəbələ rayonunda 3 kq. 530 qram narkotik maddə tutulub. Qəbələ rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımov cümə günü bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tofiq Ələddin oğlu Abbasov narkotik maddə satışı ilə məşğul olduğu üçün saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Abbasov Qəbələ rayonu ərazisində yabanı halda bitən, narkotik maddə sayılan kənaf bitkisini yığıb. O 3 kq. 530 qram narkotik maddəni Bakıda satmaq məqsədilə yığdığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə) cinayət işi açılıb.

Qəbələ paytaxt Bakıdan 224 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti