...

Azərbaycan və Estoniya prezidentlərinin qarşılıqlı səfərləri ola bilər

Siyasət Materials 29 Oktyabr 2007 14:29 (UTC +04:00)
Azərbaycan və Estoniya prezidentlərinin qarşılıqlı səfərləri ola bilər

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Estoniyanın xarci işlər naziri Urmas Paet Azərbaycanın xarici işlər nazirini ölkəsinə səfərə dəvət edir. Bu barədə Bakıda səfərdə olan Estoniyanın XİN rəhbəri Urmas Paet bazar ertəsi Trend ə açıqlamasında açıqlama verib.

Onun sözlərinə görə, Estoniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti, iqtisadi-siyasi əlaqələrin inkişafını nəzərə alaraq, dövlət başçılarının da mütləq qarşılıqla səfərləri olacaq. Lakin nazir prezidentlərin rəsmi səfərlərinin dəqiq tarixini göstərməyib.

"Mən sonuncu dəfə 7 il əvvəl Azərbaycana xarici işlər naziri kimi səfər etmişəm. İndi isə biz gözləyirik ki, Azərbaycanın xarici işlər naziri Estoniyaya səfər etsin. Bundan sonra qarılıqlı səfərlər daha yüksək, yəni prezidentlər səviyəsində baş tuta bilər"-deyə ekstoniyalı nazir bildirib.

Nazir regional iqtisadi layihələr barədə danışarkən bildirib ki, Rusiya ilə Avropa arasında Baltik kəmərinin yanından keçəcək alternativ kəmər barədə düşünmək lazımdır. Onun sözlərinə görə, Baltik kəmərinin əsas alternativi quruda tikilən kəmər ola bilər.

Rusiya ilə Almaniya arasında neft kəmərinin tikilməsinə gəldikdə, Estoniyalı nazir bildirib ki, bu, yalnız ikitərfəli danışıqlar olmayacaq. Urmas Paetin fikrincə, dənizin içərisindən keçməyən kəmər təhlükəsiz hesab oluna bilər: "Bu, ilk növbədə dənizin ekoloji vəziyyətinin qorunması ilə bağlıdır"-deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti