...

İrakli Okruaşvili baş nazir postu əvəzinə prezidentə mitinqin buraxılmasında yardımını təklif edib

Siyasət Materials 6 Noyabr 2007 23:38 (UTC +04:00)
İrakli Okruaşvili baş nazir postu əvəzinə prezidentə mitinqin buraxılmasında yardımını təklif edib

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili vasitəçinin köməyi ilə prezident Mixail Saakaşviliyə Birləşmiş müxalifətin Tbilisinin mərkəzində keçirdiyi mitinqin buraxılması məsələsində yardım etmək istəyib. Cəzaların icrası departamentindən verilən xəbərə görə, bu idarənin rəhbəri Baço Axalaya ilə telefon söhbəti zamanı Okruaşvili bu aksiyanı sülh vasitələrlə dayandırmağa hazır olduğunu deyib. Əvəzində o baş nazir postunu istəyib.

"Qoy o (Gürcüstan prezidenti) hökuməti buraxsın və mənə baş nazir postunu versin, onda mən mitinqlə bağlı məsələni həll edəcəyəm" - deyə telefonla Okruaşvili Axalayaya söyləyib. Söhbətin audioyazısı noyabrın 6-da jurnalistlərə ötürülüb.

Axalayanın iddiasına görə, söhbət noyabrın 3-də, müxalifətin noyabrın 2-də mitinqə 70 min nəfər çıxarmasından sonra baş tutub.

Xəbər lenti

Xəbər lenti