Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Paytaxt Bakıdan 120 kilometr şimalda yerləşən Dəvəçi rayonunda ailə münaqişəsi zəmnində oğul anasını döyərək qətlə yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, rayonun Təzəkənd kənd sakini İmran Mirzəyev anası Nuranə Mirzəyevanı döyüb. Mirzəyeva aldığı xəsarətdən noyabrın 11-də evində ölüb.
Dəvəçi rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzəyev həbs edilib.