...

Aşqabadla Bakı Xəzər danışıqlarını bərpa edirlər

Siyasət Materials 20 Noyabr 2007 06:49 (UTC +04:00)
Aşqabadla Bakı Xəzər danışıqlarını bərpa edirlər

Bu gün Aşqabadda Türkmənistan və Azərbaycan arasında Xəzər probleminə dair danışıqlar keçiriləcək. Türkmənistan Xarici İşlər Nazirliyində baş tutacaq təmaslarda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə Türkmənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Danışıqlar iki gün davam edəcək. Bu danışıqlar noyabrın 22-də MDB hökumət başçılarının görüşü çərçivəsində keçirilməsi nəzərdə tutulan hökumətlərarası dialoq üçün əsas yaradacaq.

Türkmənistan hökumətindəki mənbənin bildirdiyinə görə, artıq 10 ildən çoxdur ki, Aşqabadla Bakı Xəzərdəki sərhədlərlə bağlı məsələdə razılığa gələ bilmirlər. Əsas problem "Kəpəz" yatağı ilə bağlıdır. Azərbaycan bu yatağı özününkü sayır, Türkmənistan isə əksinə. Sovet dönəmlərində "Aralıq" adını daşıyan yataqda neft ehtiyatlarının həcmi 100-150 milyon ton həcmində dəyərləndirilir.

Bu mübahisəli məsələnin nizamlanmasından Transxəzər boru kəmərinin gələcək taleyi asılıdır. Bu layihə türkmən qazının Avropaya nəqlini nəzərdə tutur. Artıq Avropa Birliyi ilə ABŞ həmin layihənin gerçəkləşməsində maraqlı olduqlarını nümayiş etdiriblər. Transxəzər qaz kəməri Avropaya qaz nəqli regionlararası layihəsinin bir hissəsi kimi nəzərdən keçirilir. Bu layihənin məqsədi Avropa üçün xammal mənbələrinin müxtəlifliyinə nail olmaqdır. Avropaya bu gün nəql olunan qazın əksər hissəsi Rusiyanın payına düşür.

Xəbər lenti

Xəbər lenti