...

Mərkəzi Seçki Komissiyasının nümayəndələri Rusiya Dumasına keçiriləcək seçkini müşahidə edəcəklər- MSK-nın mətbuat xidmətinin rəhbəri

Siyasət Materials 20 Noyabr 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri dekabrın 2-də Rusiyada keçiriləcək parlament seçkisini müşahidə edəcəklər. Bu barədə çərşənbə axşamı Trend ə MSK-dan məlumat verilib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, Dumaya keçiriləcək seçkidə müşahidə aparmaq üçün Rusiya tərəfindən MSK-ya dəvət gəlib. MSK təmsilçiləri də seçkidə müşahidəçi qismində iştirak edəcəklər.

MSK-dan o da bildirilib ki,neçə nəfərin və hansı müddətə seçkini müşahidə edəcəyi hələ müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti