Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 22.50-dən 23.10-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki mövqelərini, noyabrın 24-ü saat 02.15-dən 04.45-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə şənbə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur.