...

Böyük Britaniyanın Energetika Nazirliyi Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Siyasət Materials 14 Dekabr 2007 03:48 (UTC +04:00)
Böyük Britaniyanın Energetika Nazirliyi Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır

Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova/ Biz Böyük Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələri, habelə Azərbaycanın bölgədə oynaya biləcəyi önəmli rolunu dəyərləndiririk. Bunu Trend ə açıqlamasında Böyük Britaniyanın Energetika Nazirliyinin mətbuat-xidmətinin rəhbəri Devid Miçan deyib. 

O həmçinin bildirib ki, Böyük Britaniyanın gnergetika naziri Malkolm Viks Londonda səfərdə olan azərbaycanlı deputatlarla görüşəcək. "Nazir Azərbaycana bu ilin sentyabrında səfər etmişdir. Biz iki ölkə arasında möhkmə əlaqələri qurmaqda davam edirik"- deyə Miçan vurğulayıb.

Britaniyalı nazirin Bakıya səfəri zamanı energetika məsələləri, o cümlədən öz neftini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarlarına çıxaran və qazını Cənubi-Qafqazöoru xətti ilə Türkiyəyə ötürən Azərbaycanın rolu müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti