...

Azərbaycan prezidenti Qurban bayramı münasibəti ilə xalqı təbrik edib

Siyasət Materials 19 Dekabr 2007 18:07 (UTC +04:00)
Azərbaycan prezidenti Qurban bayramı münasibəti ilə xalqı təbrik edib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibəti ilə xalqa təbrik ünvanlayıb. Prezident təbrikində bildirir ki, Müqəddəs Qurban bayramı İslamın bir din kimi tamamlanması və bununla da bəşər övladının mükəmməl əxlaqi dəyərlərə, əməli-saleh yaşayışa, doğru-düzgün həyat yoluna dəvət edilməsi ilə əlamətdardır. "Müsəlmanlar arasında mənəvi-ruhi birliyin, həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban mərasimləri, eyni zamanda, onların Allah yolunda və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarının təcəssümüdür. Məhz bu mübarək gündə inanclı insanlar Uca Tanrıya yaxınlığını, ilahi kəlama, mənəvi dəyərlərə bağlılığını könül xoşluğu ilə nümayiş etdirmək fürsəti əldə edirlər" - deyə prezident bildirib. Dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin də xatirəsini yad edib.

İlham Əliyev Azərbaycan vətəndaşlarına cansağlığı, ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi-bərəkət arzulayıb.

Xəbər lenti

Xəbər lenti