...

Bakı Şəhər İcra Hakimiyyətindən Avropa Məhkəməsinə şikayət veriləcək

Siyasət Materials 21 Dekabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın bir neçə ictimai təşkilatları Bakı Şəhər İcra Hakimiyyətindən Avropa Məhkəməsinə şikayət verəcəklər. Bu barədə cümə günü Trend ə Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib.

Altı ictimai təşkilatın dekabrın 9-da, həmçinin 22-də "Ukrayna" meydanında mitinq, dekabrın 23-də Bakının Bibiheybət qəsəbəsində sakinlərlə görüş keçirməsinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Paytaxt rəhbərliyi mitinqlər üçün "Ukrayna" meydanı əvəzində "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdə yerləşən stadionunu təklif edib.

Namazovun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti bu hərəkəti ilə qanunları və vətəndaşların hüquqlarını pozur: "İcra hakimiyyətinin ixtiyarı yoxdur ki, vətəndaşların yığıncaqlarının vaxtını, yerini və formasını dəyişsin. Buna təşkilatçılar özləri qərar verməlidirlər. Biz əhali ilə görüş üçün icazə istədik, Bakı Şəhər İcra Hakimiyyəti cavabında bildirdi ki, Bibiheybətdəki stadionda "mitinq" keçirilməsinə izacə verilir"-deyə Namazov bildirib.

Onun sözlərinə görə, gələn həftə Bakı Şəhər İcra Hakimiyyətinin qərarlarından məhkəməyə şikayət veriləcək. Bütün yerli məhkəmə instansiyalarını keçdikdən sonra Avropa Məhkəməsinə şikayət veriləcək.

Xəbər lenti

Xəbər lenti