...

Azərbaycanda törədilən cinayətlərin açılma faizi artıb-nazir

Siyasət Materials 25 Dekabr 2007 16:17 (UTC +04:00)
Azərbaycanda törədilən cinayətlərin açılma faizi artıb-nazir

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanda törədilən cinayətlərin açılma faizi ötən illərlə müqayisədə artıb. "Ölkədə törədilən cinayətlərin açılması davamlı olaraq son 10 illə müqayisədə 90% çoxdur. Bu göstərici bütün MDB məkanında ən yaxşı göstəricidir" çərşənbə axşamı Tərtər və Bərdə rayonlarında yeni inşa edilən Yol Polis İdarələrinin inzibati binasının açılışında iştirak edən daxili işlər naziri Ramil Usubov bildirib.

Əməliyyat - istintaq tədbirləri nəticəsində, bu il törədilən cinayətlərin 75,5 faizinin üstü açılıb. Açılmış cinayətlərin 11,8 faizi əvvəllər cinayət törətmiş şəxslər, 3,9 faizi sərxoş vəziyyətində olan, 2,9 faizi isə, yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilib. Açılan cinayətlərin 14,1 faizini qadınlar törədib. Azərbaycanda il ərzində törədilən xüsusilə ağır və ağır cinayətlər 12-13 faiz artıb.

Nazir deyib ki, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və əhalinin təhlükəsizliyinin təmini üçün rayonlarda yeni sahə müvəkkili məntəqələri tikiləcək. Usubovun sözlərinə görə, Azərbaycanda 500 - dən çox sahə məntəqəsi azlıq edir ki,müvafiq binalar da yaxın illərdə inşa ediləcək.

Nazir, həmçinin, vurğulayıb ki, cərimələrin miqdarı artırıldıqdan sonra, Azərbaycanda ağır yol qəzalarının sayı müəyyən gədər azalıb.

Ötən aydan Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı cərimələrin miqdarı 2-3 dəfə artırılıb.

Xəbər lenti

Xəbər lenti