...

SORĞU: Azərbaycanın xarici ölkələrdəki səfirləri 2007-ci ildəki uğurlar barədə fikirlərini bildiriblər

Siyasət Materials 30 Dekabr 2007 16:16 (UTC +04:00)
SORĞU: Azərbaycanın xarici ölkələrdəki səfirləri 2007-ci ildəki uğurlar barədə fikirlərini bildiriblər

Azərbaycan, Bakı / Trend / Azərbaycanın xarici ölkələrdəki səfirləri ötən ilki hadisələrin yekunlarına dair fikir bildirərək, cari ildə dövlətin xarici siyasətindəki uğurlar barədə rəylərini bildiriblər.

Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov:

Ötən il Azərbaycanın xarici siyasətində bir çox uğurlarla əlamətdar olub, onlardan biri də Dağlıq Qarabağa dair reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu siyasətin nəticəsi dünya dövlətlərinin Ermənistanın Azərbaycana qarşı təcavüzünü tanıması olub. İkincisi, Azərbaycan bir çox beynəlxalq proseslərin fəal iştirakçısına çevrilib və regionun tanınmış lideri olub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Qars-Tbilisi layihələri dövlətin beynəlxalq nüfuzunu müəyyən edir.

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Zakir Həşimov:

2007 il Azərbaycan tarixinə azərbaycançılığın və diasporların inkişafı ilə daxil olacaq. Bu ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi iri iqtisadi layihələri uğurla reallaşdırmağa başladı.

Ötən il həmçinin Azərbaycan-Türkiyə münasibətləri üçün əlamətdar olub. Bu ildə iki dövlət başçısının qarşılıqlı səfərləri, o cümlədən münasibətlərin daha çox inkişafına səbəb olan hər iki ölkənin rəsmi şəxslərinin çoxsaylı səfərləri baş tutub.

Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Elçin Əmirbəyov:

Bu il Azərbaycan-İsveçrə münasibətlərinə daha bir nailiyyət gətirdi. İsveçrə hökuməti Azərbaycanda səfirliyini açdı. Onun həmçinin Türkmənistana akreditə olunacağı ehtimal olunur. Adətən, Azərbaycanda açılan səfirliklərin, praktiki olaraq eyni zamanda Ermənistanda da açılması nəzərdə tutulur. Hazırda isə bu baş vermədi. Belə ki, İsveçrə anladı ki, Azərbaycanla münasibət onlar üçün daha çox maraq kəsb edir, nəinki Ermənistanla. Bu il ölkələr arasındakı münasibətlərdə həmçinin inkişaf müşahidə olunub, hər iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında görüşlər baş tutub, gələcəkdə əlaqələrin inkişafına səbəb olacaq bir sıra ikitərəfli sənədlər imzalanıb.

Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Tələt Əliyev:

Hesab edirəm ki, 2007-ci ildə Azərbaycanın xarici siyasətində əsas nailiyyət Azərbaycan haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycan diplomatiyası Ermənistan diplomatiyası üzərində üstünlüyü ələ alıb və Dağlıq Qarabağ məsələsi üzrə hiss olunacaq dərəcədə uğurlar əldə etməyi davam etdirir. Bir çox ölkələr aparılan düzgün siyasət nəticəsində Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə öz mövqelərini dəyişib.

Sorğunu S.Ağayeva apardı.

Xəbər lenti

Xəbər lenti