...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 14 Yanvar 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin yanvarın 11-də qiyməti 1 barel üçün 92,51 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barel üçün 1,03 dollar aşağı düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın yanvarın 11-də qiyməti 1 barel üçün 90,91 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,03 dollar aşağıdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Yanvarın 11-də URALS neftinin qiyməti 1 barel üçün 87,09 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,77 dollar aşağıdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin yanvarın 11-də qiyməti 1 barel üçün 91,28 dollar təşkil edib. Bu da əvvəlki qiymətdən 1,38 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti