...

Macarınstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 18 Fevral 2008 23:48 (UTC +04:00)
Macarınstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Macarıstan, Budapeşt, 18 fevral / Trend , müxbir Y.Hüseynov/ Macarınstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin BMT və ATƏT prinsipləri çərçivəsində həlli olunmasının tərəfdarıdır. Bu Azərbaycan prezidenti İlham Əliyevin Budapeştə səfəri çərçivəsində qəbul olunan Azərbaycan və Macarınstan dövlət başçılarının birgə bəyannaməsində əksini tapıb.

Sənətdə bildirilir ki tərəflər Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə, həmçinin ATƏT-ini Lissabon samitində qəbul edilmiş 3 prinsip əsasında həllinin vacibliyini bildirib. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədirlərinin vasitəçilik səylərini dəstəkləyir.

Hər iki tərəf yekdilliklə beynəlxalq terrorizmi pisləyir və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qlobal səyləri dəstəkləməyə davam etdirəcəklərini təstiqləyirlər.

Bundan əlavə tərəflər Avropanın enerji təhlükəsizliyinin əhəmiyyətini vurğalayıb və bununla əlaqədar avropanın enerji tələbatının təmin edilməsində Xəzər dinizi regionun enerji ehtiyatlarının artan rolunu xüsusi ilə geyd ediblər. Bu konteksdə tərəflər Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzərum neft və qaz kəmərlərinin, eləcə də Nabucco qaz kəməri layihəsinin həyata keçirilməsinin strateji əhəmiyyətini qeyd edərək qlobal enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti