...

Azərbaycanda partiya yaratmaq alver predmetinə çevrilib – deputat

Siyasət Materials 22 Fevral 2008 13:07 (UTC +04:00)
Azərbaycanda partiya yaratmaq alver predmetinə çevrilib – deputat

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası ölkədə fəaliyət göstərən siyasi təşkilatların yenidən dövlət qeydiyyatından keçirilməsini tələb edir. "Azərbaycanda partiya yaratmaq alver predmetinə çevrilib. Kimi pula partiya satır, digəri partiya alır. Bu məsələlərə son qoymaq üçün "Siyasi partiyalar haqqında" qanun layihəsi qəbul edilməlidir" - deyə Milli Məclisin cümə günü keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Novruzov qeyd edib ki, qanuna müasir tələblərə uyğun müddəalar daxil edilməlidir: "Partiyalar yenidən qeydiyyatdan keçirildikdən sonra prezident seçkisində iştirak etmək üçün namizəd irəli sürə bilərlər. Hansısa siyasətçi bəyan edir ki, seçkilərdə iştirak etmək üçün blok yaradıb və orada 20 partiya təmsil olunur. Amma o partiyalarda sədrdən başqa heç kim təmsil olunmur".

Xəbər lenti

Xəbər lenti