...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Siyasət Materials 25 Fevral 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin fevralın 22-də qiyməti 1 barel üçün 98,45 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 1,43 dollar aşağ düşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın fevralın 22-də qiyməti 1 barel üçün 97,4 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,47 dollar aşağıdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Fevralın 22-də URAL neftinin qiyməti 1 barel üçün 91,19 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,35 dollar aşağıdır

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin fevralın 22-də qiyməti 1 barel üçün 96,2 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1,57 dollar aşağıdır.

Xəbər lenti

Xəbər lenti