...

İsrail demoqrafik problemlə üzləşməkdən qorxur- Suriyalı ekspert

Siyasət Materials 26 Fevral 2008 18:25 (UTC +04:00)
Azərbaycan, Bakı,26 fevral / Trend , müxbir R.Hafizoğlu, R. Abdullayev/ İsrailin baş naziri Ehud Olmertin, Suriyanın işğal olunmuş Colan yüksəkliklərində yaşayan ərəblərə Suriya vətəndaşlığı verilməsinə etiraz etməməsi, İsrailin ölkədəki demoqrafik problemi həll etməyə çalışmasını göstərir. "İsraildə yaşayan yəhudilər və ərəblər arasında əhalinin təbii artımı məsələsində çox ciddi fərq var" - deyə suriyalı ekspert Trend a bildirib. Londonda çıxan ərəbdilli "Əl-Həyat" qazetinin verdiyi məlumata görə, İsrailin müdafiə naziri Ehud Barak bir neçə gün əvvəl Suriya rəsmilərinə işğal olunmuş Colan yüksəkliklərində yaşayan ərəblərin Suriya vətəndaşlığ almasına qarşı olmadığını bildirib. İsrail rəsmisinin fikrincə, bu addımlar Dəməşqlə sülh danışıqlarının ilkin mərhələsi hesab edilə bilər. Adını açıqlamaq istəməyən Suriya Siyasi Araşdırmalar Mərkəzinin yüksək vəzifəli analitikinin fikrincə,İsrail rəsmisi bu addımla ölkəsində yaxın 10 ildə gözlənilən demoqrafik problemi həll etməyə çalışır. "Colan yüksəklikləri işğal olunmuş ərazilər hesab edilsə də, orada yaşayan ərəblər İsrailin tam hüquqlu vətəndaşlarıdırlar" - deyə, suriyalı analitik çərşənbə axşamı Dəməşqdən Trend a -bildirib. Onun fikrincə, İsrail höküməti ölkədəki ərəblərin artımından narahatdır və demoqrafik problemlə üzləşməkdən qorxur. "İsrailin qarşısındakı ən ciddi problemlərdən biri, demoqrafik problemdir.İsrail bu yolla ölkə ərazisində yaşayan ərəblərin sayını nəzərə çarpacaq dərəcədə azaltmaq istəyir. Ərəblər bu ölkənin tam hüquqlu vətəndaşı olduqları üçün, ölkənin siyasi gələcəyinə ciddi təsir edə bilərlər"-deyə, o qeyd edib. Analitik hesab edir ki, İsrail rəsmisinin bəyanatı Suriya ilə danışıqlarının başlanmasında ilkin mərhələ hesab edilə bilməz. "İsrail-Suriya danınıqlarının mümkün olması üçün, ilk növbədə, işğal edilən Colan yüksəklikləri öz tərixi sahibinə qaytarılmalıdır. Bu ərazilər qaytarıldıqdan sonra, iki ölkə arasında münasibətlərin gələcəyinə dair müzakirələrə başlamaq olar"-deyə, suriyalı analitik bildirib. İsrail XİN-də "Əl-Həyat" qəzetinin dərc etdiyi məqaləni şərh etməkdən imtina ediblər, lakin İsrail XİN-nin rəsmi nümayəndəsi Eddi Şapira (Eddi Shapira) Trend a deyib ki, İsrail Suriya ilə sülhə hər zaman meyl göstərir. Suriya İsrailə qarşı terror fəaliyyəti göstərən "Hizbullah", "Həmas" terror təşkilatlarını və digər qruplaşmaları dəstəkləməyi də dayandırmalıdır. Şapira qeyd edib ki, Dəməşq, Xalid Məşəl və Həsən Nəsrulla kimi terror liderlərinə sığınacaq və azad hərəkət etmələrinə imkan yaradır. Şapira onu da qeyd edib ki, Suriya İranın molla rejimi ilə sıx hərbi-siyasi əlaqələri olan İsraillə danışıqlara getməyəcək. "İran beynəlxalq səviyyədə terroru dəstəkləyir, Qəzzədəki Həmas terrorçularını maliyyələşdirir. İran Fələstin qruplaşmalarından döyüşçülər hazırlayır, onları silah və pulla təmin edir. - deyə İsrail XİN-nin rəsmi nümayəndəsi yekunlaşdırıb. Suriyaya məxsus strateji Colan yüksəklikləri 1967-ci ildə ərəb-israil müharibəsi zamanı İsrail tərəfindən işğal edilib. Məqalə müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.
Xəbər lenti

Xəbər lenti