Azərbaycan, Bakı, 07 mart/ Trend Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Prezident sarayında Avropa İttifaqının Orta Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Avropa İttifaqı, Azərbaycan və Orta Asiya arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.