...

İKT sammitində Azərbaycanı XİN başçısı təmsil edəcək

Siyasət Materials 11 Mart 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.Ağayeva / İslam Konfransı Təşkilatının (İKT) Dakarda keçiriləcək sammitində Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov təmsil edəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

İKT-nin mətbuat xidmətindən əvvəllər Trend a verilən məlumata görə, martın 13-14-də Seneqalın paytaxtında yüksək səviyyədə keçirilcək İKT-nın 11-ci sessiyasının gündəliyinə dörd əsas məsələ daxildir.

Sammitdə İKT-nin 10 illik Fəaliyyət Prqramının reallaşdırılması, onun Nizamnaməsinin yenilənmiş variantının qəbul edilməsi məsələləri müzakirə olunacaq. Mətbuat xidmətindən verilən məlumata görə, iki sessiya təşkil olunacaq, İKT-yə üzv ölkələr, xüsusilə Afrika dövlətləri arasında iqtisadi əməkdaşlıq barədə təcrübə mübadiləsi aparılacaq.

Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, hazırkı vaxta qədər İKT-yə üzv ölkələrdən 42-nin prezidenti Dakarda keçiriləcək sammitdə iştirakını təsdiq edib.

İKT 1969-cu ildə Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında təsis edilib. 57 dövlət və 10 müşahidəçi dövlət İKT-nin üzvüdür. Azərbaycan İKT-yə 1992-ci ildə daxil olub.

XİN-in mətbuat katibinin brifinqdə bildirdiyinə görə, dünən və bu gün Seneqalın paytaxtında İKT-yə üzv ölkələrin XİN rəhbərlərinin iclası keçirilir. Burada Azərbaycanı xarici işlər nazirinin müavini Vaqif Sadıxov təmsil edir.

Müzakirələrin yekunu üzrə saziş və birgə bəyannamə qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti