...

Bakıda Azərbaycan və İordaniya arasında mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq

Siyasət Materials 13 Mart 2008 17:30 (UTC +04:00)
Bakıda Azərbaycan və İordaniya arasında mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 13 mart/ " müxbir S.Ağayeva/ Aprelin əvvəlində Bakıda Azərbaycan və İordaniya arasında mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunacaq. Danışıqlar İordaniya Haşimilər Krallığının mədəniyyət naziri Nensi Bəkirin Azərbaycana səfərinin gedişində aparılacaq. Bu barədə cümə axşamı Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Əmmandan telelfonla Trend -a məlumat verib.

Azərbaycanın Mədəniyyət Nazirliyində keçiriləcək görüşlərdə iki dövlət arasında mədəni əməkdaşlıq, əsas etibarilə, hər iki ölkədə mədəni tədbirlərin keçirilməsi müzakirə ediləcək.

Səfir bildirib ki, hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi haqqında razılıq var və bu, tərəflərə mədəni irs və turizmlə tanış olmaq imkanı yaradacaq.

Xəbər lenti

Xəbər lenti