Azərbaycan, Bakı, 17 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Parlamentinin təşəbbüsü ilə Cənubi Qafqaz bölgəsində siyasi vəziyyət Tbilisidə müzakirə olunacaq. Bu barədə bazar ertəsi Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, 17-18-də Avropa Parlamentinin Avropa Xalq Partiyası - Avropa Demokratlar Qrupu ilə Pravoslav Kilsəsi arasında dialoqu çərçivəsində "Cənubi Qafqaz regionunda kilsələrin rolu" mövzusunda regional konfrans keçiriləcək. Tədbirdə Gürcüstan rəhbərliyinin, Avropa Parlamenti təmsilçilərinin, Cənubi Qafqazda fəaliyyət göstərən din xadimlərinin və bir sıra siyasi partiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Görüşdə kilsə və dini icmaların bu bölgədəki regional əməkdaşlığa mümkün töhfəsi imkanları araşdırılacaq.
Azərbaycanı tədbirdə deputat Azər Əmiraslanov təmsil edəcək.