...

RF prezidentinin Qəbələ RLS üzrə təklifləri hələ qüvvədədir – rusiyalı politoloq Markov

Siyasət Materials 17 Mart 2008 19:07 (UTC +04:00)

Rusiya, Moskva/ 17 mart/ " müxbir R.Ağayev/ Rusiya prezidenti Vladimir Putinin Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasından (RLS) birgə istifadə haqqında təklifi hələ də aktualdır. Rusiyalı politoloq Sergey Markov belə hesab edir.

Bazar ertəsi Moskvada RƏM, AASMM problemi, qlobal və regional xarakterli digər xarici siyasət və müdafiə məsələləri üzrə Rusiya və ABŞ -ın xarici işlər və müdafiə nazirlərinin "iki üstəgəl iki" formatında iki günlük məsləhətləşmələri başlayıb. Bu məqsədlə ABŞ Dövlət Katibi Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeyt Moskvaya gəlib. Ekspertlərin rəyinə görə, məsləhətləşmələrdə Qəbələ RLS-dən birgə istifadə müzakirə mözvularından biri ola bilər.

"RƏM üzrə Amerika-Rusiya danışıqları kifayət qədər ağır keçir. Bu, ABŞ prezidenti administrasiyasının bütün regionalarda hərbi üstünülyü artırmaq və Rusiyaya münasibətdə hərbi təhlükə sisteminin yaradılması ilə bağlı qəti niyyəti ilə əlaqədardır. Lakin prezident Putinin Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə haqqında təklifi aktuallığını heç də itirməyib. Belə ki, ABŞ öz siyasətində aydın maneələrlə qarşılaşıb", - bazar ertəsi Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Trend -a bildirib.

Ekspertin rəyinə görə, ABŞ üçün başlıca maneə NATO-ya üzv ölkələrlə birbaşa ikitərəfli münasibətlərin inkişafında Amerikanın mövqeyi ilə bağlı çox narazı olan NATO ölkələrinin mövqeyidir. "ABŞ bu ölkələrlə ikitərəfli razılaşmaların əsasında Polşa və Çexiyada radarlar yerləşdirmək niyyətindədir. Belə alınır ki, onların NATO üzrə müttəfiqləri, sadəcə, fakt qarşısında qalırlar ki, bütün bunlara təsir etmək imkanına malik deyillər və onların rəyi, əslində, nəzərə alınmır", - politoloq bildirib. Onun sözlərinə görə, ABŞ-ın müttəfiqlərini dolayısı ilə belə hərəkət etməsi sonuncularda ciddi narahtlıq yaradır - həm Varşava, həm Praqa, həm də Vaşinqton bu məsələni NATO-ya qaytarmağı tələb edən Alyans üzrə müttəfiqlərinin güclü təzyiqi altındadırlar.

Ekspert qeyd edir ki, ABŞ üçün ikinci maneə ictimai rəyin reaksiyasıdır. Belə ki, məlumdur ki, Polşa və xüsusilə Çexiyada ictimai rəy Amerika raketlərinin yerləşdirilməsinin əleyhinədir. "Mümkündür ki, bu məsələ referenduma çıxarılısın, mümkündür ki, bu məsələ parlamentdə qəbul edilməsin, hətta mümkündür ki, bu raketləri yerləşdirəcək siyasətçilər gələcək seçkilərdə məğlub olsunlar", - o əlavə edib.

Rusiyalı parlamentarinin rəyinə görə, bu obyektlər üçün, maliyyə xərclərinin bu obyektlərin təhlükəsizliyin təmin edilməsində töhfə olmasına tamamilə uyğun olmadığını göstərən amerikalı siyasətçilər tərəfindən üçüncü maneə də var. "Onların köməyilə təhlükəsizliyin təmin edilməsi kifayət qədər şübhəlidir. Maliyyə xərcləri isə, sözsüz ki, çox böyükdür. Buna görə, hazırda Konqresdə vəziyyət administrasiya üçün çox da yaxşı deyil və çox ehtimal ki, Avropada Amerika hərbi obyektlərinin tikintisi üçün pul buraxılmayacaq", - politoloq əlavə edib.

Ötən ilin iyununda RF prezidenti ABŞ-a Azərbaycandakı Qəbələ RLS, Armavirdə tikilən RLS -i birgə icarə və oradan məlumat almağı təklif edib. Bu təklif ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərini yerləşdirməkdən imtina etməsinin müqabilində edilib. ABŞ Rusiyanın təklifindən imtina edib və Şərqi Avropada öz planlarını həyata keçirmək niyyətində olduğunu bildirib. ABŞ Avropada RƏM sisteminin quraşdırılması ilə yanaşı, Qəbələ RLS-dən birgə istifadə məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti