...

İstanbulda Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın protokolu qəbul edilib

Siyasət Materials 11 Aprel 2008 20:38 (UTC +04:00)
İstanbulda Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın protokolu qəbul edilib

Türkiyə, İstanbul, 11 aprel/ Trend , müxbir Y.Əliyev/İqtisadi əməkdaşlıq üzrə Azərbaycan və Türkiyə arasında hökumətləarası komissiyanın cümə günü İstanbulda keçirilən birgünlük iclasının yekunları üzrə protokol qəbul edilib.

Protokolun imzalanma mərasimində Türkiyənin dövlət naziri Mustafa Sait Yazıçıoğlu bildirib ki, tərəflər ikitərəfli əməkdaşlığın bir sıra aspektləri və müzakirə edilən məsələlər üzrə razılığa gəliblər. Türkiyə tərəfdən komissiyanın həmsədri Yazıçıoğlu razılaşmalardan birinin iki ölkənin Naxçıvandakı sərhədlərində nəzarət-buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi haqda olduğunu bildirib.

Bundan əlavə, tərəflər Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rüsmularına görə ödəmənin ləğvi üçün müzakirələr üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər. Yazıçıoğlu bildirib ki, energetika, tranzit yük daşınmaları, Türkiyənin Əməkdaşlıq və İnkişaf üzrə Agentliyi (TİKA) əməkdaşlıq, Türkiyənin Naxçıvan Muxtar Respublikasına yardım göstərməyə davam etməsi, həmçinin, türkiyəli yükdaşıyanlar üçün gömrük rüsumlarının məbləğinin azaldılması haqqında danışıqların başa çatmasının vacibliyi qeyd edilib.

Komissiyanın Azərbaycandan olan həmsədri, AR hökuməti Baş nazirinin müavini Abid Şərifov tərəflərin bu vacib protokol üzrə razılaşmaları reallaşdıra biləcəklərinə ümid etdiyini bildirib.

Komissiya üzvləri yeni əməkdaşlıq sahələrinin axtarılması üçün Azərbaycana Türkiyə sərmayədarlarından ibarət missiyanın göndərilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti