...

Ukrayna prezidenti səfirlik üçün ərazi ayrılmasına görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib

Siyasət Materials 22 May 2008 17:56 (UTC +04:00)

Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko Ukrayna səfirliyi binasının tikintisi üçün Bakıda ərazi ayrılmasına görə, Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Bu barədə cümə axşamı Kiyevdə ikitərəfli danışıqların yekunu üzrə Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Yuşşenko bildirib.

Ukrayna prezidenti ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafının mühümlüyünü xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, yaxın vaxtlarda Bakıda Taras Şevçenkonun heykəlinin açılışı olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti