...

Mədəniyyətlərarası dialoq problemlərinə qadınların gözü ilə baxılmalıdır – Azərbaycanın birinci xanımı (video)

Siyasət Materials 10 İyun 2008 12:48 (UTC +04:00)
Mədəniyyətlərarası dialoq problemlərinə qadınların gözü ilə baxılmalıdır – Azərbaycanın birinci xanımı (video)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Ağayeva/ Mədəniyyətlərarası dialoq problemlərinə qadınların gözü ilə baxılmalıdır. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi" beynəlxalq konfransında UNESCO və ISESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib.

"Bütün dünyanın alim və siyasətçiləri son 15 il ərzində dialoq və ya qarşıdurma sualına cavab axtarırlar. Qarşıdurmanın aradan qaldırılması ilə bağlı problemlərə qadınların gözü ilə baxılmalıdır. Qadınlar olan yerdə səmimiyyət, dostluq var və qarşıdurmaya yer yoxdur", - deyə o bildirib.

Bakı konfransı Heydər Əliyev Fondu, UNESCO və ISESCO-nun birgə əməkdaşlığı ilə təşkil olunub. İşgüzar konfransda Polşa, Latviya, Anqola, Cənubi Afrikanın birinci xanımları, Türkiyə Baş naziri və Argentina vitse-prezidentinin, Texas qubernatorunun həyat yoldaşları, Rusiya Federasiya Şurasının vitse-spikeri, ISESCO-nun Baş katibi iştirak edirlər.

"Qadınlar cəmiyyət problemlərin həll edilməsində həlledici rol oynayırlar", - deyə Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində bildirilir. Onun sözlərinə görə, məhz qadınların köməkliyi ilə bəşəriyyət qlobal dünyada problemlərdən xilas ola bilər.

Prezident mədəniyyətlərarası dialoqun inkişafında qadınların roluna dair beynəlxalq konfransın Bakıda keçirilməsini simvolik adlandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti