...

Azərbaycanın xarici işlər naziri Avstriya parlamentarilərini qəbul edib

Siyasət Materials 18 İyun 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı,18 iyun / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Avstriya-Cənubi Qafqaz və Orta Asiya parlamentlərarası dostluq qrupunun sədri Karl Öllinqerin rəhbərliyi altında Avstriya parlamentarilərini qəbul edib. Bu barədə Trend - a xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.

Cənubi Qafqazda mövcud münaqişələrin regional təklükəsizlik, inkişaf və əməkdaşlığa təhdid və maneə olduğunu vurğulayan Avstriya nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanları ilə maraqlanıb.

Məmmədyarov beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının münaqişənin həllində və Ermənistan tərəfini təcavüzkar siyasətdən əl çəkməyə inandırmaqda böyük rol oynaya biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti