...

Gürcüstan GUAM-ın növbəti sədri olacaq – Baş katib

Siyasət Materials 30 İyun 2008 15:17 (UTC +04:00)

İyul ayının 1-də Gürcüstanın Batumi şəhərində keçiriləcək GUAM sammiti "təşkilata daxil olan ölkələrin əməkdaşlıq prosesinə qiymət verəcək və onların gələn ilki əməkdaşlığının inkişaf perspektivlərini müəyyən edəcək". Bu barədə Batumidə jurnalistlərə GUAM Baş katibi Valeri Çeçelaşvili bildirib.

İTAR-TASS -ın verdiyi xəbərə görə, o bildirib ki, bu sammitdə Gürcüstan təşkilata sədrlik öhdəliklərini Azərbaycandan qəbul edəcək və 2009-cu ilin iyun ayına qədər onları icra edəcək. Çeçelaşvilinin sözlərinə görə, "GUAM Katibliyi və Gürcüstan GUAM çərçivəsində regional əməkdaşlığa birgə əlavə təkan verməyə səy göstərir".

GUAM ölkələri liderlərinin sammiti "GUAM Avropanın şərqini birləşdirir" şüarı altında Gürcüstanın Batumi şəhərində keçiriləcək. Gürcüstan XİN-in məlumatına görə, sammitdə təşkilat ölkələri rəhbərlərindən başqa 25 dövlətin nümayəndə heyəti iştirak edəcək. Onların sırasında Polşa prezidenti Lex Kaçinski, (O, bazar ertəsi günün ikinci yarısında Batumiyə gələcək), ABŞ Dövlət Departamentinin nümayəndələri, Çexiyanın XİN başçısı və başlaqı var. Sammitdə bir sıra sənədlər, xüsusilə Batumi sammiti Bəyannaməsi, sammitin Kommyunikesi, nəqliyyat və tranzit potensialının istifadəsinə dair GUAM Bəyannaməsi, gömrük, hüquq mühafizə orqanlarının əməkdaşlığı barədə sənədlər, Gürcüstanın GUAM-da sədrlik proqramı və s. imzalanacaq.

Bu gün Batumidə GUAM ölkələrinin XİN başçıları və bu təşkilatın müəyyən sahələrə aid olan idarə (iqtisadi, humanitar və hüquq mühafizə) rəhbərlərinin birgə iclası keçiriləcək.

GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakı ilə iqtisadi, ticari, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məqsədi ilə yaradılan regional təşkilatdır. 1999-cu ildə bu formata Özbəkistan da daxil olub və təşkilat GUAM adlanmağa başlayıb. Lakin yeni üzv dövlət təşkilat orqanlarının işində fəal iştirak etməyib və 2005-ci ildə onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti