...

Münaqişə zonasında dinc əhalinin təhlükəsizliyini təmin etmək lazımdır – BMT Ali komissarı

Siyasət Materials 19 Avqust 2008 18:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya tərəfi beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü vədləri yerinə yetirməli və qaçqınların doğma evlərinə qayıtmasına imkan verməlidir. Bu barədə çərşənbə axşamı Tbilisidə BMT-nin qaçqınlarla iş üzrə Ali komissarı Antoniu Quterrişş bildirib.

Bu bəyanat Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşdən sonra edilib. Yakobaşvili və Quterişş arasında baş tutan görüş bağlı qapılar arxasında bir saatdan çox çəkib.

"Biz dünyanın müxtəlif yerlərindən Gürcüstana göndərilən humanitar yardım məsələsini də müzakirə etdik", - deyə o bildrib. Quterişş qeyd edib ki, münaqişə zonasında dinc əhalinin təhlükəsizliyini təmin etmək lazımdır.

Gürcüstanın dövlət naziri bildirib ki, Rusiya sazişin imzalanmasına baxmayaraq, öhdəlikləri yerinə yetirmir, münaqişə zonasında olan əhaliyə yardım göstərilməsi üçün humanitar dəhlizi açmır. "Bu siyasətə görə Rusiya daha çox beynəlxalq təcridə məruz qalır", - deyə o bildirib.

BMT Ali komissarı Tbilisidən sonra bu gün Moskvaya gedəcək.

Quterişşin Tbilisi və Moskvaya səfəri münaqişə nəticəsində zərərçəkənlərin olduğu yerlərə humanitar təşkilatların yolunun açılması və dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti